Koronavirusla bağlı cəzaçəkmə müəssisələrində hansı tədbirlər görülür? - AÇIQLAMA

Koronavirusla bağlı cəzaçəkmə müəssisələrində hansı tədbirlər görülür? - AÇIQLAMA

"Hazırda penitensiar müəssisələrdə və istintaq təcridxanalarında yeni növ koronavirusun daşıyıcısı olan heç bir şübhəli şəxs yoxdur".

Bunu e-huquq.az-a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov deyib.

O bildirib ki, cəzaçəkmə müəssisələrində hər il mövsumi olaraq hava-damcı infeksiyalarına qarşı profilaktik tədbirlər görülür: "Maarifləndirmə işləri aparılır, müəssisələrə yeni gələn şəxslər ilkin müayinə olunur. O cümlədən də yayılmış yeni növ koronavirusla bağlı profilaktik tədbirlər görülür, maarifləndirmə tədbirləri aparılır və eyni zamanda tibb işçiləri təlimatlandırılır. Dezinfeksiya işləri mütəmadi aparılır. Düşünürəm ki, belə bir hal baş versə, tibb xidməti tam hazırlıqlıdır. Ümid edirəm ki, belə hal baş verməz, çünki hər bir şəxs tibbi müayinədən keçirilir və müşahidə olunur".