Koronavirusu 48 saat içində məhv edən dərman kəşf edildi

Koronavirusu 48 saat içində məhv edən dərman kəşf edildi

Avstraliya alimlərinin laboratoriya şəraitində apardıqları testlərə görə, parazit öldürən İvermektin tableti koronavirusun hüceyrələrin içərisində böyüməsinin qarşısını alır və virusu 48 saat ərzində öldürür.

Axeber.az Buta.ws-ə istinadən xəbər verir ki, Avstraliya alimləri parazit öldürən İvermektin tabletin Kovid-19 (COVİD19)  virusunu 48 saat ərzində laboratoriya şəraitində öldürdüyünü açıqlayıb. ABŞ Qida və Dərman İdarəsinin (FDA) razılığını alan İvermektin tableti əvvəllər QİÇS və qrip kimi virus xəstəliklərinin müalicəsində istifadə edilmişdir.

Melbrundakı Monash universitetindəki tədqiqat laboratoriyasında aparılan testlərə görə, İvermektin dozası koronavirusun hüceyrələrdə böyüməsinə mane olur, onu çox azaldır və 48 saatdan sonra tamamilə məhv edir.

Hal-hazırda bütün dünyada yayılmış koronavirusa qarşı 100 % təsirli bir dərman olmadığını ifadə bildirən Wagstaff, " Bu dərman artıq dünyanın bir çox ölkəsində mövcuddur. Bu səbəbdən hazırda  xəstələrə kömək edəcəkdir. Ancaq qəti bir müalicə üçün Covid 19 əleyhinə bir peyvəndə ehtiyac var." Monaş Universitetində koronavirusa qarşı təsirli bir dərman tapmaq üçün klinik tədqiqatlar davam etdirilir. Universitetin işlərini Peter Doherty İnstitutu ilə birlikdə həyata keçirdiyi bildirilib.

5 aprel 2020-ci il tarixində Çinin Wuhan şəhərində ilk dəfə yayılan və bütün dünyada sürətlə yayılan koronavirus nəticəsində 1,2 milyondan çox insan buna yoluxub və 66 mindən çox insan ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, qəti bir nəticəni bilmək üçün 21% öldürmə nisbəti ilə epidemiyaya qarşı aparılan vaksin tədqiqatları üçün ən az 12-18 ay vaxt tələb olunur.