Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?

Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?

Koronavirus xəstəliyinin bütün dünyada genişləndiyi bir zamanda Qarabağda hərbi əməliyyatlara başlamaqla bağlı səslənən çağırışlaırn da sayı artmaqdadır. Belə ki, bəzi şəxslər hesab edir ki, bütün dünyanın başının epidemiya ilə mübarizəyə qarışması Azərbaycan üçün bu məsələdə fürsət rolu oynaya bilər. Bundan başqa, onların fikrincə, indiki zamanda hərbi əməliyyatların bərpası Ermənistanı bir sıra havadarlarının, xüsusilə də Rusiyanın köməyindən məhrum edə bilər ki, bu da Azərbaycan üçün az şey demək deyil.

Mraqlıdır, həqiqətən də mövcud situasiya Ermənistanla Qarabağ problemini təkbətək həll etmək baxımından fövqəlfürsət sayıla bilərmi?

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə indiki məqamda belə bir addım atmağın arzuedilməz nəticələrə səbəb ola biləəcyini vurğulayıb:

“Azərbaycan koronavirussuz da işğaldakı torpaqlarının azad edilməsi əməliyyatına başlaya bilər. Lakin bu şübhəsizdir ki, belə bir addım planlı şəkildə olmalıdır. Biz bu məsələni beynəlxalq mərkəzlərlə, güclərlə hansısa formada razılaşdırmalıyıq. Çünki bunsuz biz ciddi təzyiq və snaksiyalarla rastlaşa bilərik. 

Hərbi baxımdan Azərbaycan istənilən vaxt əməliyyatlara başlaya, uğur əldə edə bilər.  Əgər biz koronavirus epidemiyası fonunda əməliyatlara başlasaq, ermənilər hay-küy qaldıracaqlar. Deyəcklər ki, biz burada koronavirusa qarşı mübarizə aparırıq, amma Azərbaycan tərəfi hərbi əməliyyatlar keçirir. Hamıya bəllidir ki, ermənilər hay-küy salmaq məsələsində ustadırlar. Belə olarsa, Azərbayanın hansısa problemlərlə rastlaşması mümkündür. 

Bundan başaq, hərb sistemi elə bir sistemdir ki, orada sosial izolyasıya tədbirlərinə tam əməl etmək mümkün deyil. Əgər müharibə olarsa, bu, koronavirusun hərbçilər arasında yayılma təhlükəsini meydana gətirə bilər. Ancaq qeyd etdiyim kimi, ən vacib amil yuxarıda qeyd etdiyim ilk iki amildir”.