Kreditlərlə bağlı MÜHÜM XƏBƏR

Kreditlərlə bağlı MÜHÜM XƏBƏR

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin koronavirusun təsirinin azaldılması məqsədilə hazırladığı proqramda qeyd edilib.

Burada əsas məqam kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması kreditlərin müddətinin 3 ilədək olmasıdır. Həmçinin zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulub. Bunun üçün xüsusi vəsaitin ayrılacaq və subsidiyalaşma Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçiriləcək.