Lavrov: "ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub"

Lavrov: "ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub"

"ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub".

Axeber.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.

"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur", - Lavrov qeyd edib.

Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.