“Legiya” “Qarabağ”ın daha bir futbolçusunu istəyir

“Legiya” “Qarabağ”ın daha bir futbolçusunu istəyir

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” “Qarabağ”dan daha bir futbolçunu heyətinə qatmaq istəyir.

Axeber.az xəbər verir ki, Varşava təmsilçisi Ağdamlıların yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır. 

Bu barədə məlumatı Polşa mətbuatı yayıb. 

Bildirilir ki, “Legiya” bu keçidi qış “transfer pəncərəsi”ndə həll etmək niyyətindədir.