"Liverpul"un hücumçusu zədələndi

"Liverpul"un hücumçusu zədələndi

İngiltərənin "Liverpul" klubu futbolçu itkisi ilə üzləşib.

Axeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Sadio Mane Premyer Liqanın XXIV turunda "Vulverhempton"la görüşdə zədələnib.

33-cü dəqiqədə ayağından xəsarət alan 27 yaşlı forvard oyunu davam etdirə bilməyib. Seneqallı oyunçunun zədəsi barədə danışan klubun baş məşqçisi Yurgen Klopp "Bu, çox məyusedici haldır. Sadio zədə səbəbindən oyunu tərk etməli oldu. Ümid edirəm ki, zədəsi o qədər də ciddi deyil. Sadəcə, əzələsində problem var" deyib.

Qeyd edək ki, "Vulverhempton" - "Liverpul" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.