Lloyd Ostin Pentaqonun yeni rəhbəri oldu

Lloyd Ostin Pentaqonun yeni rəhbəri oldu

ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Axeber.az xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş, 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin edilmiş L.Ostin 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.