Macarıstan işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsinə vəsait ayırıb

Macarıstan işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsinə vəsait ayırıb

Macarıstan hökuməti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə 25 min avro qrant ayırıb.

Axeber.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook”da bildirib.

“Böyük məbləğ deyil, amma dostluq münasibətlərinin ifadəsi baxımından çox dəyərlidir”, - deyə səfir qeyd edib.