Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək istəyir - VİDEO

Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək istəyir - VİDEO

Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşcü Konor Makqreqor yüngül çəkidə UFC çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədovla növbəti görüşə hazırdır.

Axeber.az-ın məlumatına görə, bu barədə o, UFC 246 turniri ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

İdmançıya onun gələcəkdə Həbib Nurməhəmmədov və ya Toni Ferqüsonla görüşüb-görüşməyəcəyinə dair sual ünvanlayıblar.

“Nəticədən asılı olmayaraq, düşünürəm ki, mən bu insanlarla üz-üzə gəlməli olacağam”, - Makqreqor cavab verib.

O, həmçinin bildirib ki, Həbiblə revanş döyüşü keçirmək niyyətindədir və görüşün Rusiyada keçirilməsində israrlıdır: “Mən Moskva görüşünə israr edirəm”.