Manaf Ağayev efirdə qadınlar haqqında dediyi sözlərə görə polisə çağırıldı

Manaf Ağayev efirdə qadınlar haqqında dediyi sözlərə görə polisə çağırıldı

Müğənni Manaf Ağayev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Axeber.az-ın məlumatına görə, onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.

Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.