Manaf Ağayev onları hədələdi: "Bu görüntüləri..." - VİDEO

Manaf Ağayev onları hədələdi: "Bu görüntüləri..." - VİDEO

Tanınmış müğənni Manaf Ağayev sosial şəbəkələrdə onu təhqir edənləri hədələyib.

Axeber.az bildirir ki, müğənni ATV-də yayımlanan "Şou ATV” verilişinə maraqlı açıqlamalar verib. O qeyd edib ki, onu təhqir edənləri, haqqında yalan yazanları cəzalandıracaq:

"Bu, bir gün kiminsə başında çatlayacaq. Hələ səbr edirəm, insanın bu qədər əsəbləri ilə oynamaq olmaz! Həyata bir dəfə gəlirik, kişi kimi yaşamaq lazımdır. Kimsə kimisə təhqir edirsə, bu, cavabsız qalmamalıdır. Mən cavabsız qoyan adamları kişi saymıram”.

Müğənni heç kimə güzəşt etməyəcəyini vurğulayıb:

"Mən bunu bir mesaj kimi çatdırmaq istəyirəm ki, bir gün bomba kimi partlayacaq. Vaxt gələcək bu görüntüləri təkrar verəcəksiniz”.

Mənbə: Sfera.az