“Mançester Yunayted” Poqbanın qiymətini açıqladı

“Mançester Yunayted” Poqbanın qiymətini açıqladı

İngiltərənin “Mançester Yunayted” klubu fransalı yarımmüdafiəçi Pol Poqbanın satış qiymətini elan edib.

Axeber.az xəbər verir ki, “Qırmızı şeytanlar” fransalı futbolçunu yay transfer pəncərəsi dövründə satmağa hazırlaşır və yarımmüdafiəçi üçün 75 milyon funt sterlinq tələb edir.

Qeyd olunur ki, hazırda “Yuventus”, Madrid “Real”ı və Fransanın PSJ klubu Pol Poqbanı heyətinə cəlb etməyə çalışır.