Maskalarla bağlı ciddi XƏBƏRDARLIQ

Maskalarla bağlı ciddi XƏBƏRDARLIQ

Bütün tibbi maskalar birdəfəlikdir onları təkrarən istifadə etmək doğru deyil. Maskaların dezinfeksiya olunaraq yenidən istifadə olunması yanlışdır.

Axeber.az e-tibb.az-a istinadən bildirir ki, bunu tanınmış əczaçı Yıldız Türkaydın bildirib. O, N-95 maska deyil, cərrahi maska istifadə etməyi tövsiyə edib. Pandemiya dövründə bir çox maska çeşidlərinin gündəmə gəldiyini deyən mütəxəssis qeyd edib ki, əslində cərrahi maskalar istifadə üçün daha yararlıdır. N-95 maskalarını isə məhz yoluxucu xəstəliyi olanlarla yaxından təmasda olan tibb işçiləri taxmalıdır. Onun sözlərinə görə, bu maska bayırdan gələn havanı təmizləmək üçündür, maskanı taxan şəxsin verdiyi nəfəsi təmizləmək üçün nəzərdə tutulmayıb. Yəni həmin maska xəstə şəxsin viruslu nəfəsinin ətrafa yayılmasının qarşısını almır. Bu səbəbdən bu cür maska taxanlar onun üzərindən cərrahi maska da taxmalıdır.

Mütəxəssis deyib ki, maskanı çənə altına salmaq, alına qaldırmaq sonra yenidən istifadə etmək olmaz. Maskaları istifadə edəndən sonra cibə, çantaya qoymaq və sonra təkrar istifadə etmək də yanlışdır: "Maskaların hamısı birdəfəlikdir, onları təkrar istifadə etmək olmaz".

Son zamanlar maskaların dezinfeksiya olunub yenidən istifadə edilməsi məsələsinin gündəmə gəldiyini, hətta bəzi ölkələrdə N-95 maskalarının təkrar istifədəsi üçün dezinfeksiya olunması yönündə araşdırma getdiyini qeyd edən mütəxəssis hesab edir ki, maskaların hər hansı üsulla dezinfeskiyası onun bütünlüyünü, parçanın tamlığını pozaraq yararsız hala gətirir. Ona görə də bütün maskalar birdəfəlikdir, istifadədən sonra dezinfeksiya edib yenidən taxmaq olmaz.