Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - Deputat DANIŞDI

Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - Deputat DANIŞDI

Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 31-nə kimi uzadılıbMayın 31-dən sonra növbəti yumşalmaların olması gözlənilir. Mayın 31-dən sonra istirahət mərkəzlərin fəaliyyətinə icazə verilə bilərmi?

Bununla bağlı deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərarlar hökumət və Operativ Qərargah tərəfindən verilir: "Operativ Qərargah Azərbaycanda və digər ölkələrdə mövcud vəziyyəti analiz etdikdən sonra yumşalmalara qərar verir. İstirahət mərkəzlərin açılması ilə bağlı qərarı da Operativ Qərargah verəcək. Qeyd edim ki, təəssüf ki, dünənki statistika heç də ürəkaçan olmadı. Amma buna baxmayaraq sağalanların sayı da az deyil. Bilirsiniz ki, koronavirusun ilk dalğasında ciddi rejimli karantin rejim elan olundu. Zamanında görülən tədbirlər sayəsində ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısı alındı. Bilirsiniz ki, azalma dinamikasına uyğun olaraq müxtəlif zamanlarda karantin rejimində yumşalmalar oldu. Təəssüf ki, o yumşalmalardan sonra insanlarımızda arxayınlaşma oldu. Çöldə qoruyucu maskalardan və əlcəklərdən istifadə etmir, sosial məsafəni qorumadan kütləvi şəkildə toplaşırlar. Təbii ki, bu da koronavirusa yoluxanların sayının artma riskini artırır. Bu gün dövlətimiz koronavirusla mübarizədə üzərinə düşən bütün addımları atır. Əlbəttə bu məsələdə vətəndaşlarımız da dövlətimizə dəstək olmalıdır. Operativ Qərargahın qaydalarına əməl etməlidir. Belə olan halda biz tezliklə əvvəlki həyatımıza geri qayıda bilərik"./sonxeber