Mayın 31-dən yas mərasimlərinin keçirilməsinə icazə verilir? - RƏSMİ

Mayın 31-dən yas mərasimlərinin keçirilməsinə icazə verilir? - RƏSMİ

Xəbər verdiyimiz kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin mayın 31-dən yumşaldılmasına qərar verilib.

Axeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Buna baxmayaraq, bəzi məhdudiyyətlər isə iyunun 15-dək qüvvədədədir. Qərara əsasən, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağa qüvvədə qalır.