Mayk Pompeo ilk dəfə Belarusa səfər edəcək

Mayk Pompeo ilk dəfə Belarusa səfər edəcək

ABŞ-ın dövlət katibi Mayk Pompeo fevralın 1-də Belarusa səfər edəcək.

Axeber.az “Report”a istinadən xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin bu ölkəyə ilk dəfə səfər edəcəyini bildirib.

Qeyd edək ki, dövlət katibi M.Pompeonun yanvarın 29-30-da Londona, 30-da Kiyevə, fevralın 1-də isə Minskə səfəri nəzərdə tutulur.

Bundan əvvəl ABŞ dövlət katibinin Belarusa səfəri yanvarın 4-nə təyin olunsa da, Orta Şərqdəki hadisələrlə əlaqədar təxirə salındı.