Mübariz Mənsimov ağır cərahiyyə əməliyyatı keçirdi
Türkiyədə yaşayan azərbaycanlı məşhur iş adamı “Palmali Group”un sahibi Mübariz Mənsimov ağır cərahiyyə əməliyyatı keçirib.
Bu barədə Gununsesi.org-a həmyerlimizə yaxın mənbələrdən bildirilib. Xəbərə görə, İstanbulun məşhur klinikalarının birində əməliyyat edilən Mübariz Mənsimovun səhhətində ciddi problem yaranıbmış. Onun son durumu haqqında isə xəbər gizli saxlanıldığından detallı bilgi ala bilmədik.
Araşdırmamız zamanı iş adamının son iki həftədir ki, şirkətə gəlmədiyi bəlli olub.