Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “Facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə məlumat paylaşılıb.

Azərbaycan Müdafiə Nazirliyindən "report"a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur", - Müdafiə Nazirliyindən qeyd olunub.