Müdafiə Nazirliyi Nəcməddin Sadıqovla bağlı məlumat yaydı

Müdafiə Nazirliyi Nəcməddin Sadıqovla bağlı məlumat yaydı

Nəcməddin Sadıqovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıqov hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, general-polkovnik N. Sadıqov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.