Məhdudiyyətlər nə zaman yumşaldılacaq? - Nazirlər Kabinetindən açıqlama

Məhdudiyyətlər nə zaman yumşaldılacaq? - Nazirlər Kabinetindən açıqlama

"Hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır".

Axeber.az bildirir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

O bildirib ki, sağalmalarda isə bu, müşahidə olunmur: "Qeyd edilən tendensiya belə davam etdiyi təqdirdə biz mənfi istiqamətdə gedirik".

İ.Məmmədov vurğulayıb ki, qaydalara riayət olunsa, azalma prosesi gedər: “Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra da artıq bu məhdudiyyətlər də tədricən yumşaldıla bilər”. //mediapost