Məhəlləyə gələn sürücünü linc etmək istədilər - FOTOLAR

Məhəlləyə gələn sürücünü linc etmək istədilər - FOTOLAR

Türkiyənin İstanbul şəhərində yerli sakinlər məhəllələrinə gələn sürücünü linc etmək istəyiblər.

Axeber.az-ın məlumatına görə, Sultanqazi ərazisində bir sürücü maşını ilə məhəlləyə girərək park vəziyyətində olan avtomobilləri vurub.

Ətrafdakı insanlar onu döymək istəyiblər.

Sürücü isə avtomobilinin qapılarını bağlayıb və oradan uzaqlaşmağa çalışıb. Məhəllə sakinləri avtomobili daşa basaraq pəncərələrini qırıblar.

Sürücünün təşvişə düşərək qaza çox basdığı üçün avtomobili yanmağa başlayıb.

Polisin müdaxiləsi ilə həmin şəxs yanan avtomobildən çıxarılaraq nəzarətə götürülüb. Onun narkotik maddənin təsiri altında olduğu təxmin edilir.

Hadisə ilə bağlı araşdırma başlayıb. //oxu.az