Məhkəmə Fövqəladə Hallar Nazirliyini yarım milyon manatdan çox məbləğdə cərimələdi

Məhkəmə Fövqəladə Hallar Nazirliyini yarım milyon manatdan çox məbləğdə cərimələdi

Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati qaydada cərimə olunması ilə bağlı Mərkəzi Bank tərəfindən verilən iddiaya baxılıb.  

E-huquq.az xəbər verir ki, məhkəmə iddianı təmin edib və FHN 331 min avro (təxminən 610 000 AZN – red.) məbləğində cərimələnib.  

Bundan narazı qalan nazirlik apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Hazırda iş həmin məhkəmədə hakim Qədim Babayevin sədrliyi ilə araşdırılır.  

Qeyd edək ki, FHN İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinir.