Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım etdi

Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım etdi

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir".

Axeber.az xəbər verir ki, bu barədə Birinxi vitse-prezident Mehriban Əliyeva "İnstagram"da paylaşım edib.

Paylaşımda deyilir:

"Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"