"Məktəblərdə istilik təminatı ilə bağlı müəyyən problemlərin olması qaçılmazdır" - Emin Əmrullayev

"Məktəblərdə istilik təminatı ilə bağlı müəyyən problemlərin olması qaçılmazdır" - Emin Əmrullayev

"Ümumilikdə 5745 ümumi və məktəbəqədər təhsil müəssisəsindən 508-i dizellə, 445-i elektrik, 2034-ü odun və 2758-i qazla qızdırılır".

Axeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirilən brifinqdə deyib.

Nazir deyib ki, ümumilikdə təhsil müəssisələrində istilik təminatı ilə bağlı vəziyyəti qənaətbəxşdir: “Müəyyən problemlərin olması qaçılmazdır. Lakin bu problemlərin dərhal aradan qaldırılması istiqamətində addımlar atılır”.