Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə XƏBƏRDARLIQ ETDİ

Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə XƏBƏRDARLIQ ETDİ

“Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq”

Axeber.az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O bildirib ki, abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: “Kimsə gec gəlməsin ki, binanın həyətində sosial məsafə prinsipi pozulsun”.

DİM sədri əlavə edib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq: “Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq”.