"Müəllim daim mütaliə etməyə həvəsli olmalıdır" - FOTO

"Müəllim daim mütaliə etməyə həvəsli olmalıdır" - FOTO

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Ürgə kənd tam orta məktəbinin müəllimi Yaşar Kazımova həsr olunub. Yaşar Kazımov sözügedən məktəbdə biologiya fənnini tədris edir. O, 2016-cı ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 56 bal toplayıb.

Yaşar Kazımov deyir ki, müəllim daim mütaliə etməyə həvəsli olmalıdır. 

Yaşar müəllim xüsusi fəaliyyətinə görə cari tədris ilində Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.