"Məni o qədər “öldürdülər” ki, artıq özüm də ölümümə inanıram..." - Xalq artisti

"Məni o qədər “öldürdülər” ki, artıq özüm də ölümümə inanıram..." - Xalq artisti

Ötən gün yerli mətbuatda Xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılıb. 

Axeber.az xəbər verir ki, Moderator.az-a açıqlama verən sənətkar bu cür şayələrə artıq öyrəşdiyini bildirib.

“Zəng edib mənə deyirlər ki, Arif Quliyev dünyasını dəyişib? Mən də zarafatcasına deyirəm ki, mən çöldəyəm, gözləyin bir dəqiqə evə zəng edim görüm dəqiqdir? (gülür). Arif Quliyev ad və soyadında təkcə mən deyiləm ki, o qədər insan var. Təbii ki, bu şayədir, məni o qədər “öldürdülər” ki, artıq özüm də ölümümə inanıram. Artıq bu şayələr mənə təsir etmir, heç vecimə də deyil” - deyə xalq artisti bildirib.