Merkelin karantin müddəti sona çatdı

Merkelin karantin müddəti sona çatdı

Almaniya Kansleri Angela Merkel 14 günlük karantinin sona çatmasından sonra bu gün işinə geri dönüb.

 Axeber.az “Hürriyet”ə istinadən xəbər verir ki, Merkel bir neçə koronavirus testindən keçib və testlərin hamısının nəticəsi neqativ çıxıb. 

Kansler bu gündən etibarən yenidən vəzifə fəaliyyətlərinə davam edəcək. Bununla belə görüşlər və iclaslar ehtiyyat tədbiri olaraq video əlaqə vasitəsi ilə davam etdiriləcək.

Xatırladaq ki, Angela Merkel iki həftə əvvəl ona sətəlcəm peyvəndi edən həkimdə koronavirusun aşkarlanması səbəbindən özünü karantinə almışdı.