Mərkəzi Bank və Dünya Bankı əməkdaşlığın perspektivlərini müzakirə etdi

Mərkəzi Bank və Dünya Bankı əməkdaşlığın perspektivlərini müzakirə etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde ilə görüşüb.

Axeber.az xəbər verir ki, bu barədə AMB sədri "Twitter"də yazıb

"Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq."-o qeyd edib.