Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisindən ayrıldı

Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisindən ayrıldı

Məşhur türkiyəli aktyor Tamer Karadağlı özündən 30 yaş kiçik sevgilisi İraz Yıldızdan ayrılıb.

Axeber.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, Karadağlı 1 ildir eşq yaşadığı pianoçu sevgilisi ilə fikir ayrılıqlarına görə münasibətlərinə son qoyub. Ayrılıq qərarından sonra cütlük birlikdə çəkdirdikləri fotoları instaqram hesabından silib və bir-birini izləmədən çıxarıblar.

Qeyd edək ki, Tamer Karadağlı özündən 30 yaş kiçik xanımla sevgili olduğu üçün izləyicilər tərəfindən tənqid olunmuşdu.