Məşhur yazıçının evi 18 milyon dollara satıldı

Məşhur yazıçının evi 18 milyon dollara satıldı

ABŞ-ın Nyu-York ştatında bir vaxtlar əfsanəvi yazıçı Con Steynbekin sahibi olduğu ev satışa çıxarılıb.

Axeber.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Evin satış qiyməti 17.9 milyon dollar olub.

“Siçanlar və insanlar” romanının müəllifi olan yazar hər il yay tətillərini bu evdə keçirib və burada yaradıcılıqla məşğul olub.