Məşhurların qəribə toy paltarları - FOTOLAR

Məşhurların qəribə toy paltarları - FOTOLAR

ir çox ulduzlar toylarına ənənəvi ağ və ya açıq tonlu gəlinliklər seçir, amma bəziləri qeyri-adi nələrsə fikirləşir...

Axeber.az “Qafqazinfo”ya istinadən onların bir neçəsini təqdim edir:

Keyli Kuoko

“Böyük partlayış nəzəriyyəsi” serialının “Penni”si Karl Kukla toyunda adi gəlinlikdə olsa da, axşam partisinə kostyum geyinmişdi. Onun bu geyiminə uzaqdan baxdıqda pərdə ilə səhv salmaq mümkün idi.

Mari Şevalye

Monako şahzadəsi Stefani Lui Dükre ilə ailə həyatı quran Mari toyuna klassik libas yox, “Rosa Clara”dan çiyinləri və kürəyi açıq olan kombinezon geyinmişdi. Bu, məşhur trenddir!

Sofi Törner

“Taxt-tac oyunları”nın aktrisası Co Conasla gizli keçən toyuna “Bevza”dan fatalı sadə kombinezon geyinmişdi. İyulda baş tutan əsas mərasimdə isə o, “Louis Vuitton”un libasında idi.

Culianna Mur

Bənövşəyi dar libas və uzun yaşıl sırğalar – bu, 2003-cü ilin avqustunda Nyu-Yorkda baş tutan təntənəli mərasimdə aktrisanın toy geyimi idi. Seçimi yetərincə qəribədir, amma təki xoşuna gəlsin!

Qven Stefani

“No doubt”un esk-solisti Qevin Rossdeyla toyuna ağ-çəhrayı gəlinlik geyinmişdi. Paltar əl ilə rənglənmişdi. Onun yaradıcıları Kristian Dior və Con Qalyanodur.

Emili Ratakovski

Heç vaxt ağ gəlinlikdə ərə getmək istəmədiyini deyən model toyu üçün “Zara”dan xardal rəngində kostyum seçmişdi.

Kristen Bell

Bu da qara paltarlı gəlin! Qara bluz, şalvar və böyük kolye – onun 2013-cü ilin oktyabrında Beverli-Hillzdə Deks Şepardla olan toyu üçün seçimi.

Emma Tompson

Dizəcən olan parlaq libas, qeyri-adi şlyapa – belə bir geyimdə aktrisa 1989-cu ildə Kennet Brana ərə getmişdi.