Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi

Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi

Hər zaman baş verən hadisələri diqqətdə saxlayan Ceyhun Məmmədov bu dəfə də cəmiyyətdə çaşqınlıq yaratmış Ramil Səvərov və onunla bağlı birmənalı səslənməyən fikirlərə aydınlıq gətirib.

“Yeni Gündəm” xəbər verir ki, deputat Ceyhun Məmmədov bu barədə şəxsi facebook səhifəsində yazlb. O, qeyd edib:

“Əziz həmvətənlər! Dəyərli dostlar! Hörmətli media nümayəndələri! Bir məsələ ilə bağlı rəsmi məlumatı sizlərlə bölüşürəm. Bildiyiniz kimi, ermənilər İnsan Hüquqları üzrə Avropa Məhkəməsində həmyerlimiz Ramil Səfərovla bağlı Azərbaycana və Macarıstana qarşı iddia qaldırmışdılar. İddianın qaldırılmasında ermənilər aşağıdakı əsas məqsədləri güdürdülər: 1. Ramil Səfərovla bağlı Azərbaycanda verilmiş əfv fərmanı ləğv edilsin və Ramil Səfərov yenidən məsuliyyətə cəlb olunsun. 2. Ermənistan tərəfi çalışırdı ki, bu məsələdə məsuliyyətli dövlətin üzərinə qoysun və bu hadisəni dövlət tərəfindən həyata keçirilən cinayət kimi təqdim etsin. Hər iki iddia məhkəmə tərəfindən qəbul edilməyərək rədd edilmişdir. 15.000 təzminata gəldikdə isə nəzərə alınmalıdır ki, bu məbləğ vəkilin xərclərinin ödənilməsi ilə bağlıdır. Ona görə paylaşımlarda bu məqamları xüsusi olaraq nəzərə almağınızı xahiş edirəm”.