Millimiz 23 il əvvəlki acınacaqlı nəticəni təkrarladı

Millimiz 23 il əvvəlki acınacaqlı nəticəni təkrarladı

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda səfərdə Slovakiya millisinə 0:2 hesabıyla məğlub olan Azərbaycan millisi tarixinin ən pis göstəricisini təkrarlayıb.

Cəmi 1 xalı olan Nikola Yurçeviçin komandası qrupu sonuncusu olub. Bununla da, millimiz "Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan antirekordu təkrarlayıb.

Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi  ilk dəfə beynəlxalq turnirə qatılırdı.

 

Mənbə: qafqazinfo