Millimiz Lixtenşteynə qalib gəldi

Millimiz Lixtenşteynə qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Axeber.az bildirir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığması ilə qarşılaşıb.

Oyun yığmamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşmada yeganə qola matçın 65-ci dəqiqəsində Barış Ekincier imza atıb

Qeyd edək ki, millimiz ilk oyunda Lixtenşteynə 0:1 hesabı ilə uduzmuşdu.

14 noyabr

AÇ-2021-in seçmə mərhələsi

2-ci qrup
 
18:00. Azərbaycan - Lixtenşteyn - 1:0 

Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Kapital Bank Arena”

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 15. Ömər Buludov, 17. Doğukhan Öksüz, 18. Hüseyn Seyliğli, 21. Barış Ekincier;

Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 4. Aəbuhi Abdullazadə, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 16. Süleyman Əhmədov, 20. Elçin Mustafayev, 23. Ozan Can Kökcü;

Baş məşqçi: Milan Obradoviç.