Millimizin məşqçisi Rusiya klubunda

Millimizin məşqçisi Rusiya klubunda

Rusiyanın MOİK komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə həmyerlimiz təyin olunub.

Klubun rəsmi saytının yaydığı məlumata görə, Dmitri Kramarenko bu vəzifəni icra edəcək.

O artıq kollektivlə birlikdə İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə MOİK-in formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb.

Dmitdi Kramarenko qapıçı kimi "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq" klublarının, o cümlədən Azərbaycan millisinin formasını geyinib.