Millimizin yeni baş məşqçisi Bakıya gəldi

Millimizin yeni baş məşqçisi Bakıya gəldi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

Axeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” -  “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

64 yaşlı baş məşqçi COVİD-19 testi verib və analizinin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

C. De Byazi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.