Misirdə keçmiş məmurlar korrupsiya ittihamı ilə ömürlük cəza alıblar

Misirdə keçmiş məmurlar korrupsiya ittihamı ilə ömürlük cəza alıblar

Misir parlamentinin keçmiş deputatı tikintidə korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Axeber.az xəbər verir ki, bu qərar İskəndəriyyə Cinayət Məhkəməsi tərəfindən verilib.

Keçmiş deputatla yanaşı, daha iki nəfər, o cümlədən İskəndəriyyə valiliyinin hüquq mütəxəssisi də ömürlük həbs cəzası alıblar. Digər bir dövlət məmuru isə 15 il həbsdə yatmalı olacaq.

Sözügedən ittihamla daha 16 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir ildən çox davam edən araşdırma nəticəsində məlum oldu ki, təqsirləndirilənlər bərbad vəziyyətdə olan evlərin sökülməsi üçün podratçılardan birindən külli miqdarda pul alıblar.