MN: "Erməni hərbçisinin yaralanması barədə yayılan məlumat yalandır"

MN: "Erməni hərbçisinin yaralanması barədə yayılan məlumat yalandır"

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Axeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir", - açıqlamada qeyd olunub.