Morales ölkəsinə qayıtmaq istəyir

Morales ölkəsinə qayıtmaq istəyir

Meksikada siyasi sığınacaq almış Boliviyanın keçmiş prezidenti Evo Morales ölkəsinə qayıtmaq istəyir.

Axeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Mexikoda mətbuat konfransında deyib.

Beynəlxalq vasitəçiləri köməyə çağıran Morales “Biz dialoq aparmağa ümidliyik” deyib.

Xatırladaq ki, Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin birinci turunda qalib gələn Evo Moralesə qarşı aksiyalar başlamış və o, noyabrın 10-da istefa verərərək ölkəni tərk etmək məcburiyyətində qalmışdı.