Moskvada erməni boksçu güllələndi

Moskvada erməni boksçu güllələndi

Rusiyanın Moskva şəhərində muay-tay boksçusu, Ermənistan vətəndaşı Aşot Bolyan öz avtomobilinin yanında ölü vəziyyətdə tapılıb.

Axeber.az bildirir ki, bu barədə “RİA Novosti” yazıb.

Mənbənin məlumatına görə, idmançı noyabrın 13-də paytaxtın Naximov küçəsində yerləşən 59 nömrəli binanın qarşısında güllələnib. Bolyan hadisə yerində, “Infiniti” markalı avtomobilinin yanında həyatını itirib.  

Faktla bağlı cinayət işi açılıb. Qətli törədən şəxsin axtarışları davam etdirilir.