Murad Dadaşov bu aparıcıları Xəzər TV-dən kənarlaşdırdı

Murad Dadaşov bu aparıcıları Xəzər TV-dən kənarlaşdırdı

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.

Axeber.az axşam.az-a istinadən məlumat verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib. 

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək. 

Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq. 

“Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa” TV-də yayıma başlayacaq.