"Neftçi"nin qapıçısı əməliyyat olundu

"Neftçi"nin qapıçısı əməliyyat olundu

"Neftçi”nin oyunçusu Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub.

Axeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq qapıçının 3 həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.

S.Ağayev əməliyyatla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacağam”.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündən etibarən "Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.