Nərimanovun heykəli yerinə qaytarıldı - Foto

Nərimanovun heykəli yerinə qaytarıldı - Foto

Naxçıvan şəhərində “Böyük bağ” adlanan ərazidə yerləşən Nəriman Nərimanovun heykəli yerinə qaytarılıb.

Axeber.az bildirir ki, heykəl təmir edilərək eyni əraziyə yerləşdirilib.

Qeyd edək ki, 10 gün əvvəl heykəlin götürülməsi geniş müzakirələrə səbəb olmuşdu. Naxçıvan Şəhər İcra Hakimiyyəti heykəlin təmir işləri ilə əlaqədar götürüldüyünü və qısa vaxtda yerinə qaytarılacağını bildirmişdi.