"Nəsiminin adına bazar adı verməmişəm ki..." - Afət Fərmanqızıdan 1000 manat AÇIQLAMASI - VİDEO

"Nəsiminin adına bazar adı verməmişəm ki..." - Afət Fərmanqızıdan 1000 manat AÇIQLAMASI - VİDEO

Afət Fərmanqızı ötən gün mediada, mətbuata ödənişlə - 1000 manat müqabilində açıqlama verməsinə aydınlıq gətirib.

Axeber.az-ın verdiyi məlumata görə, ifaçı köməkçisinin bunu kinayə ilə dediyini vurğulayıb. Suala cavab vermək üçün hədiyyə aldığını da kinayə ilə vurğulayan ifaçı bunları deyib:

"Qaldı ki, o mahnıya, məndən sonra kim oxusa , yenə mənim uğurumdu. Çünki məndən sonra yadlarına düşdü qəzəl. Mən Nəsiminin adına bazar adı vermemişəm ki, mənim bu məsələdə fikrim önəmli olsun! O türkə və onun reklamına qoyulan pulun 10 faizini xeste uşaqların müalicesinə və yaxud öz müğənnilerimize qoysanız, pis olmazdı! Ağız büzənlər ne etsəniz xeyri yoxdu. Rekord məndədi, tək başıma, heç bir maliyyə dəstəyi olmadan, cəmi 200 manat( səs yazmaya)pul xərcləməklə Xalqa qəzəli tanıtmaq!. Kim populyar olmaq isteyirsə, bu qəzəli oxusun və mənə söz atsın".

Qeyd edək ki, Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub.

İlaha Sadiq