Nigeriyada hərbi təyyarə qəzaya uğradı, 6 nəfər öldü - Yeniləndi

Nigeriyada hərbi təyyarə qəzaya uğradı, 6 nəfər öldü - Yeniləndi

Nigeriya Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan kəşfiyyat təyyarəsinin göyərtəsində olan 2-i heyət üzvü olmaqla, 6 nəfər həyatını itirib.

Axeber.az-ın xəbərinə görə, bu barədə Nigeriyanın “Nigerian Tribune” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın aviasiya naziri Xdi Sirika “Twitter” hesabında yazmışdı ki, “King Air 350” hərbi aviasiya təyyarəsi havaya qalxdıqdan az sonra mühərrikdə yaranan problem səbəbindən qəzaya uğrayıb və ölənlərin olduğu ehtimal edilir.

“Vanguard” qəzeti isə şahidlərə istinadən yazıb ki, pilot mühərrikində problem yaranan təyyarəni yaşayış məhəlləsindən kənarlaşdırmağa nail olub və təyyarə boş sahəyə düşərək tamamilə yanıb. 

***

17:28

Nigeriyanın paytaxtı Abuci şəhərində təyyarə qəzaya uğrayıb.

Axeber.az xəbər verir ki, şahidlərin sözlərinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək tamamilə yanıb.

Qəza nəticəsində zərər çəkənlər barədə məlumat verilmir.

"Reuters" agentliyi öz növbəsində təyyarənin Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirir. Məlumata görə, təyyarə Abuci aeroportuna enməyə hazırlaşırmış.