Üç bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı - FOTO

Üç bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı - FOTO

Türkiyədə HDP-li olan Diyarbəkir, Van, Mardin bələdiyyə başqanları vəzifəsindən uzaqlaşdırılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Hər üç bələdiyyəyə isə icra başçıları qəyyum kimi təyin edilib. Vəzifədən uzaqlaşdırma PKK-KCK əməliyyatı çərçivəsində baş tutub. Belə ki, 29 bölgədə keçirilən əməliyyatda 418 şəxs saxlanılıb. 

Nazirliyin açıqlamasında bildirilir ki, sözügedən bələdiyyə rəhbərləri bələdiyyələri ölkənin digər bölgələrindən ayrı şəkildə idarə etməyə çalışıblar. Bununla da mövcud Konstitusiyasının 3-cü maddəsindən, dövlətin və millətin bölünməz bütünlüyünə qəsd kimi istifadə ediblər. 

Qeyd edək ki, Diyarbəkir böyükşəhər bələdiyyə başqanı Səlcuq Mizraqlı və Van Böyükşəhər bələdiyyə başqanı Bəda Özgökçə Bərtan 31 mart seçimlərindən əvvəl millət vəkilliyindən istefa verərək bələdiyyə başqanı kimi namizədliklərini irəli sürmüşdülər. Mardin Böyükşəhər bələdiyyə başqanı Əhməd Türk isə Mardin Böyükşəhər bələdiyyə başqanlığı zamanında vəzifəsindən uzaqlaşdırılıb. Seçimlər vaxtı Daxili İşlər naziri Süleyman Soylu mətbuata verdiyi açıqlamada haqlarında terror təqsirləndirmələri ilə bağlı araşdırma aparılan bələdiyyə başqan namizədləri barəsində  vəzifədən uzaqlaşdırılma tədbirlərinin seçiləcəyini bəyan etmişdi. Seçki və bələdiyyə qanunun tələbinə əsasən də, barələrində cinayət işi açılan bələdiyyə başqanları bu proses başa çatana qədər vəzifəsindən uzaqlaşdırılır.  (qafqazinfo)

Üç HDP-li bələdiyyə başqanı vəzifədən uzaqlaşdırıldı

Axeber.az