O videonu yayan şəxs saxlanıldı

O videonu yayan şəxs saxlanıldı

Xəbər verdiyimiz kimi, bu gün bəzi KİV vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.

DİN və Baş Prokurorluqdan Axeber.az-a daxil olan məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılmış və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.