Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi

Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Axeber.az bildirir ki, nazir Tvitterdə paylaşdığı video-təbrikdə deyib:

“Şanlı Azərbaycan bayrağı bütün ehtişamı ilə göylərdə dalğalanır və bundan sonra da dalğalanmaqda davam edəcək. Qazi Mustafa Kamal Atatürkün “kədərdə bir, sevincdə bir” sözü ilə ifadə edilən, ümummili lider Heydər Əliyevin “bir millət iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir”.